Zəvvarın ziyarətdən imtina etdiyi halda itirəcəyi məbləğ bilinib

Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlarla Qafqaz Müsəlmanları İdarəsi arasında müqavilə bağlanır və bu neçə ildir ki, belə davam edir. Bunu QMİ-dən bildiriblər.
 
Mənbənin məlumatına görə, ziyarətə getmək üçün sənəd verən zəvvarlar sonradan ziyarətdən imtina edəcəkləri halda ödənişlərin geri qaytarılması ilə bağlı şərtlər də orada yer alır. Belə ki, zəvvar ziyarətə 3 ay qalmış imtina etsə pulunu tam məbləğdə geri alır. İki ay qalmış ziyarətə getməkdən imtina etsə bu həcm 50%-ə enir. Bir ay qalmış fikrini dəyişsə məbləğin 25%-i qaytarılır. Bir aydan az qalan vaxtda imtina etsə, ümumiyyətlə, heç bir pul verilmir.
 
Xatırladaq ki, Azərbaycanda Həcc missiyasının rəhbəri Qafqaz Müsəlmanları İdarəsidir. Bu il fevralın 12-dən Həcc ziyarətilə bağlı sənəd qəbuluna başlanılıb. Sənəd qəbulu iyunun ortalarına kimi davam edəcək. Ziyarətə gedişin qiyməti 4150 dollardır.
 
toplum.tv