Zərrab ailəsinin müəmmalı qaçışı: Plan əvvəldən cızılıb

ABŞ-da həbsdə olan Cənubi azərbaycanlı iş adamı Rza Zərrabın ailəsi Türkiyəni tərk edərək, İrana gedib.

Bu məlumatı Türkiyənin “Milliyət” qəzetinin yazarı Sərpil Çevikcan verib.

O bildirib ki, Zərrabın anası Şəbnəm və atası Hüseyn bu ilin sentyabrında, qardaşı Məhəmməd isə oktyabrda Türkiyədən İrana keçib:

“Bu o deməkdir ki, Zərrab etiraf etməyi əvvəlcədən planlayıb və bunun üçün ailəsinə xəbərdarlıq edib”.

Qeyd edək ki, Zərrab ABŞ prokurorluğu ilə əməkdaşlığa və olanları etiraf etməyə razılaşıb.