EURO : 1,8873 TRY : 0,2491 USD : 1,7 RUB : 0,0242
Zorla qaçırıldığı deyilən qızdan açıqlama

Zorla qaçırıldığı deyilən qızdan açıqlama

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Yevlaxda qızın qaçırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

 

Nazirliyin mətbuat xidmətindən verilən mılumata görə, dekabrın 1-də Yevlax rayon Rüstəmli kənd sakini Ə.A. DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Yevlax Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək qızının Qaraməmmədli kənd sakini olan bir nəfər tərəfindən qaçırılması barədə şikayət edib. Həmin şikayətlə əlaqədar Yevlax RPŞ-nin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Aparılmış araşdırmalar nəticəsində dekabrın 2-də həmin qız tapılaraq, onun izahatı alınmış və o zorla deyil, könüllü olaraq həmin şəxslə ailə quracağını bildirib. Bununla belə, toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Yevlax Rayon Prokurorluğuna verilib.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Yevlax sakini olan qızın oğurlanmasına dair məlumatlar yayılıb.

Facebook