Zəlzələ xarabalığında ilk körpə doğuldu

Noyabrın 12-də İranda baş verən 7,2 ballıq zəlzələdən sonra güclü dağıntıların olduğu Serpol Zahap şəhərində ilk körpə dünyaya gəlib.

“mehr.news”ə istinadən xəbər verilir ki, körpə insanların məskunlaşdığı çadırda doğulub.

Yaxınları uşağın adını Ava qoyublar. Körpənin doğulması son günlər gələn bəd xəbərlər arasında insanlar tərəfindən sevinclə qarşılanıb.