Ziya Məmmədovun qardaşından sərt reaksiya: Vətəni şərəfsizlər tərk edər

Bildirilib ki, eks-nazir ölkəni həmişəlik tərk etmək qərarına gəlib.

Keçmiş nazirin qardaşı Elton Məmmədov mövzu ilə əlaqədar modern.az-a deyib ki, xəbər həqiqəti əks etdirmir.

“Ölkəni də, vətəni də şərəfsizlər tərk edər! Ziya Məmmədov ölkəsini, vətənini niyə tərk etməlidir ki?!”.

Sabiq deputat Elton Məmmədov mətbuatın Ziya Məmmədovla bağlı ona sual ünvanlamasını yaxşı qarşılamadığını da deyib.

“Dəfələrlə bütün mətbuat nümayəndələrinə demişəm ki, mənimlə bağlı nə sualınız varsa, cavablandırmağa hazıram. Amma Ziya Məmmədovla bağlı mənə sual verməyin!”