Zidan Mançester Yunaytedlə bağlı nəhayət qərarını verdi

Zidan Mançester Yunaytedlə bağlı nəhayət qərarını verdi

Zinəddin Zidan ona təklif göndərən "Mançester Yunayted" rəhbərliyinə yekun qərarını çatdırıb.

İnformasiyanı jurnalist Kristian Falk şəxsi "Twitter" hesabı üzərindən yayıb.

49 yaşlı mütəxəssis MY bosslarına yaya qədər istirahət etmək niyyətində olduğunu bildirib. 

Zidanın son iş yeri bu ilin mayında tərk etdiyi "Real Madrid" olub. Daha öncə Əlcəzair əsilli fransalının ölkəsinin yığmasını çalışdırmağı hədəflədiyi barədə informasiyalar yayılmışdı.

Ule-Qunnar Sulşerin rəhbərlik etdiyi "qırmızı şeytanlar" İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Mançester təmsilçisi 11 tura 17 xal toplayıb.

Facebook