Zaxarova: "Koreya yarımadasında gərginliyin artması yeni dünya müharibəsinə gətirib çıxara bilər"

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyi mətbuat katibi Mariya Zaxarova Koreya yarımadasındakı gərginliyin artmasının yeni dünya müharibəsinə gətirib çıxara biləcəyini və yarımadada uçurumun kənarına gəlindiyini söyləyib.

Latviyanın "Baltkom" radiosuna danışan Mariya Zaxarova "Dəfələrlə Koreya yarımadasında uçurumun kənarına gəlindiyini söyləmişdik. Ancaq buna baxmayaraq, hər gün Pxenyanın ritorikasını və Vaşinqtondan gələn bəyanatları eşidirik. Bu açıqlamaların bir-birindən fərqsiz olması da paradoksdur. İki tərəfdən də açıq bir güc istifadə etmə təhdidi mövcuddur. Bir müharibə olarsa, bu müharibə beynəlxalq hüququn tamamilə pozulacağı qlobal bir müharibə olar. On minlərlə, yüz minlərlə vətəndaş ölər", - sözlərini dilə gətirib. ABŞ-ın diplomatik yollarla bütün beynəlxalq böhranları həll etmək imkanı olduğunu bildirən Zaxarova "Amma bütün bunlar unudulur", - deyib.