Zakir Qaralov vəzifəsini niyə itirdi? - Politoloqdan Rakurs.tv-yə şərh

Zakir Qaralov vəzifəsini niyə itirdi? - Politoloqdan Rakurs.tv-yə şərh

Azər Rəşidoğlu:"Bu dəyişikliyi kadr islahatı adlandırmaq olmaz"

 

Prezident İlham Əliyevin sərəncamı ilə Kamran Əliyev Azərbaycan Respublikasının baş prokuroru təyin edildi. Beləliklə də 20 ildir bu vəzifəni tutan Zakir Qaralov öz postu ilə vidalaşmalı oldu. Lakin yeni baş prokurorun Qaralovun öz müavini olması kadr islahatları məsələsinə kölgə saldı.

 

Mövzunu "Rakurs.tv"yə şərh edən politoloq Azər Rəşidoğlu bildirib ki, bu dəyişikliyi qətiyyən kadr islahatı adlandırmaq olmaz:"Baş prokuror 20 il idi ki, eyni postda oturmuşdu. Artıq onun vəzifədən getmək vaxtı idi. İndiki vəziyyətdə yaşlı məmurların nisbətən gənc kadrlarla əvəzlənməsi fonunda, Zakir Qaralovun vəzifədən getməsi normal hesab olunmalıdır".

 

Azər Rəşidoğlunun sözlərinə görə, prokurorluğa Qaralovun müavininin təyin olunması, hansısa müsbət dəyişikliklərə gətirib çıxarmayacaq: "Azərbaycanda nə qədər ki, məhkəmə sistemində özbaşınalıqlar var və məhkəmələr müstəqil deyil, baş prokurorun dəyişməsinin heç bir önəmi olmayacaq".

Facebook