Zakir Həsənov Rusiyaya səfərə gedib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.

Rakurs TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Beynəlxalq ordu oyunları - 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.