“Yuventus”un futbolçusu rəhbərliyə etiraz etdi

“Yuventus”un futbolçusu rəhbərliyə etiraz etdi

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyö klubla problem yaşayıb.

 

Rakurs.tv “La Gazetta dello Sport”a istinadla xəbər verir ki, məşqləri bərpa edən Turin klubu əcnəbi oyunçuları geri çağırır. Ancaq komandanın üzvü Adrien Rabyö fərqli davranıb və hazırlığa qatılmaq istəməyib.
 
Fransada qalmağa qərar verən futbolçu klubun maaşları azaltmasından narazıdır.
 
“Qoca sinyora”nın ən yaxın transfer dönəmində fransız futbolçu ilə yollarını ayırmağa hazır olduğu bildirilir. 25 yaşlı oyunçu 2019-cu ilin yayında PSJ-dən “Yuventus”a azad agent statusu ilə keçib.

Facebook