EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Yuventus Barselonanın oyunçusunu almaq istəyir

Yuventus Barselonanın oyunçusunu almaq istəyir

"Barselona”nın 28 yaşlı müdafiəçisi Serxi Roberto karyerasını Turin "Yuventus”unda davam etdirə bilər.

 

Bu barədə Rakurs.tv “Sport.es”ə istinadən xəbər verir.

 

Qeyd edilir ki, klublar digər futbolçuların da mübadiləsi haqqında danışıqlar aparır.

 

"Barselona" Artur Ramosu transfer edərək, "Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniçi əldə etmək istəyir.

 

Roberto 2013-cü ildən "Barselona”nın əsas heyətində çıxış edir. Müdafiəçi cari mövsümdə İspaniya çempionatında 22 matç keçirib və 1 dəfə fərqlənib. Bununla yanaşı, Roberto 2 məhsuldar ötürmə edib, 7 dəfə sarı vərəqə alıb.

Facebook