Yunanıstanda türk bayrağının yandırılmasına sərt reaksiya

Yunanıstanda keçirilən etiraz aksiyasında türk bayrağı yandırılıb.
 
Moderator.az xəbər verir ki, Türkiyənin xarici işlər nazirliyi məsələ ilə bağlı sərt açıqlama verib: “Afinadakı irqçi aksiyaları şiddətlə qınayırıq”.
 
XİN-dən verilən açıqlamada deyilir: “Yunanıstandakı irqçi bir partiya tərəfindən Afina şəhərində 5 mart tarixində ölkəmiz əleyhinə təşkil edilən aksiya keçirilib. Aksiyada bayrağımız yandırılıb. Bunu şiddətlə qınayırıq”.
 
Nazirlik bayrağı yandıranların qısa müddət ərzində saxlanılması və qanun qarşısında cavab verməsini tələb edir.