Yuliya Skripal ilk müsahibəsini verdi

Yuliya Skripal ilk müsahibəsini verdi

Britaniyanın Solsberi şəhərində atası, keçmiş rusiyalı kəşfiyyat polkovniki Sergey Skripalla birgə zəhərlənmiş Yuliya Skripal ilk müsahibəsini verib.

“Qafqazinfo”nun məlumatına görə, 33 yaşlı Yuliya sağalma prosesinin çox ləng və ağrılı olduğunu deyib:

“20 günlük komadan ayıldıqdan sonra bildim ki, atamla məni zəhərləyiblər. Hələ də bizə qarşı belə bir addımın atılması fikri ilə razılaşa bilmirəm. Solsberi qospitalının bütün işçilərinə təşəkkürümü bildirirəm. Həyatım başdan-ayağa dəyişib. İndiki günlə yaşamağa cəhd edirəm. Atama tam sağalması üçün yardım etməyə çalışıram. Gələcəkdə ölkəmə qayıtmağa ümid edirəm”. 

 

Xatırladaq ki, Sergey və Yuliya Skripal martın 4-də Solsberidə huşsuz vəziyyətdə tapılıblar. Onlara sinir iflic edən kimyəvi maddə verildiyi bildirilir. 

Facebook