Yüksək vəzifəli şəxsə qarşı cinayət işi açıldı

Yüksək vəzifəli şəxsə qarşı cinayət işi açıldı

Neftçalada sabiq və indiki bələdiyyə sədrlərinə cinayət işi başlanılıb.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Xəzər bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmışdır.

Araşdırmalarla bələdiyyənin sabiq sədri Loğman Sultanovun 1823 manat məbləğində pul vəsaitini, hazırkı bələdiyyə sədri Fətulla Muradovun isə işlədiyi dövrdə 2196 manat məbləğində pul vəsaitini öz qulluq səlahiyyətlərindən istifadə etməklə etibar edilmiş bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda istintaq davam edir.

 
 
 

Facebook