YPG ABŞ-ın göndərdiyi silahları satmağa başladı

YPG xərclərini qarşılamaq üçün ABŞ-ın verdiyi silahları digər terror qruplaşmalarına satır.

Bu iddia ilə “Deili Sabah” nəşri çıxış edib.

“YPG üzvləri silahlarını ABŞ-a təhvil verməyə başladıqda Türkiyənin onlara qarşı yeni bir əməliyyat başlada biləcəyindən qorxurlar. Buna görə də silahlarını eyni bölgədə fəaliyyət göstərən başqa qruplara satırlar”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, ABŞ-ın Suriya Demokratik qüvvələri başda olmaqla bölgədəki qruplaşmalara ən azı 5000 TIR silah göndərdiyi bildirilir.