"Yoxa çıxan" Əhsən Nuruzadəyə həbs cəzası verilib

“Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadənin müavini Əhsən Nuruzadəyə yenə 10 sutka həbs verilib.

Rakurs TV-nin məlumatına görə, sentyabrın 19-da, saat 14 radələrində evinin qarşısında naməlum şəxslər tərəfindən qara “CİP” markalı maşınla aparılan Əhsən Nuruzadəyə 10 sutka həbs verilib. Bu barədə onun yaxınları sosial şəbəkələrdə yazıblar.

Ə.Nuruzadə bu ilin yanvarında da “yoxa çıxmışdı”. Sonradan onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bəlli oldu. O, Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmama) maddəsi ilə ittiham olunaraq 10 sutka həbs cəzası almışdı.