Yəməndə İŞİD ilə `Əl-Qaidə` arasında döyüşlər başlayıb

Yəməndə İŞİD ilə "Əl-Qaidə" arasında döyüşlər başlayıb. FaktXeber.com-un məlumatına görə, bu barədə renbi portalı məlumat yayıb.

 

Sonunucu dəfə qruplaşmalar arasında genişmiqyaslı döyüşlər bir il əvvəl baş vermişdi. O zaman İŞİD yaraqlıları Ərəbistan yarımadasında "Əl-Qaidə"dən 10 terrorçunu girov götürmüşdü. 

 

İŞİD üzvləri bildirirdilər ki, ilk olaraq Əl Qaidə qrupun Yəmən qolunun mövqelərinə hücum edib. Bu, Yəmənin mərkəzində yerləşən Baida əyalətinin bir neçə bölgəsində baş verib. Ancaq "Əl Qaidə"nin  hücumu uğursuz olub: Onları ağır itkilərlə geri çəkilməyə məcbur olublar. Bundan sonra İŞİD terrorçuları "Əl-Qaidə"yə qarşı genişmiqyaslı əməliyyata başlayıb: Nəticədə onlarla terrorçunun öldürüldüyü iddia edilir, qalanları mövqelərini tərk edərək geri çəkilib: Müxtəlif silahlar, döyüş sursatları, dronlar və fərari prezident Hadiyə bağlı sənədlər terrorçuların əlinə keçib.

 

İŞİD terrorçularının nümayəndəsi bildirib ki, tapılan sənədlərə əsasən "Əl-Qaidə"nin Səudiyyə tərəfindən dəstəklənən Yəmən prezidenti Hadi ordusu ilə əməkdaşlıq etdiyinə dair nəticəyə gəliblər.

 

2018-ci il avqustun əvvəlində Qərb mediası "Əl-Qaidə" ilə və Ər-Riyad arasında olduqca yaxın münasibətlərdən bəhs etdikləri bir neçə material yaymışdı. Daha sonra yaraqlılara maddi yardım barədə məlumatlarla yanaşı "Əl-Qaidə" üzvlərinin Hadiyə sadiq qruplaşmalar sıralarında husilərə qarşı vuruşduqları da qeyd edilmişdi.