Yerevan İ.Əliyevin KTMT sammitində iştirakına razılıq verməyib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Azərbaycan prezidenti İlham Əliyevin qonaq qismində Astana sammitinə dəvət edilməsi ideyası müzakirə olunub. Bu barədə "Kommersant" qəzetinə Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 8-də açılan iclasını hazırlayan iki mənbə bildirib.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, ideya Qazaxıstan prezidenti Nazarbayeva aiddir, Belarus prezidenti Aleksandr Luşenko onu dəstəkləyib. Əliyev Astanaya səfər etməyə hazır idi, amma Ermənistan tərəfi buna qarşı çıxıb.

"Alyansa daxil olmayan ölkələrin başçıları KTMT tədbirlərində təşkilatın bütün üzvləri razı olduğu təqdirdə iştirak edə bilər", deyə qəzetin təşkilat üzvlərindən birinin nümayəndə heyətlə daxil olan yüksək vəzifəli həmsöhbəti bildirib.

Əliyevin Astanaya dəvət edilməsi ideyasını şərh etmək xahişinə cavabda Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan belə deyib: "Bizdə belə bir məlumat yoxdur".

KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. Son vaxtlar Bakı və Moskva nümayəndələri Azərbaycanın müşahidəçi qismində KTMT-yə qoşulması mümkünlüyü haqqında fikir bildiriblər, amma Yerevan bu ideyanı kəskin şəkildə tənqid edərək, bu təklifi bloklayacağını bəyan edib.