Yeniyetmə balta ilə insanlara hücum etdi

İsveçrənin Flums kommunasında 17 yaşlı yeniyetmə küçədə insanlara balta ilə hücum edib.

“AP” agentliyinə istinadən verilən xəbərə görə, insident nəticəsində bir neçə nəfər xəsarət alıb. Yeniyetmə polis tərəfindən yaxalanıb. Cinayətin motivləri hələ ki, məlum deyil.

İlkin məlumata əsasən, hadisənin terrorla əlaqəsi yoxdur.