Yaxın qohumunu işə götürənə 3 il həbs verilcək

Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü sayəsində parlament mühüm bir qərar qəbul edib.

Yeni qərara əsasən, siyasətçilərin yaxın qohumlarına dövlətdə və ya müşavirlik vəzifələrində yer verilməsi qadağan olunur. Qərar 319 səs lehinə, 4 səs əleyhinə olmaqla qəbul edilib.

Qanun, eyni zamanda millət vəkillərinə Avropa birliyindən kənar xarici ölkədə bank hesabı açmağı qadağan edir. Qərarı pozanları 3 ilə qədər həbs və 45 min Avroyadək də cərimə gözləyir.

Azadliq.info