Yaşıllaşdırma Təsərrüfatı Birliyi: "5 min qurumuş ağac kəsiləcək"

Bakı şəhərinin mənzil-istismar idarəsi kökündən qurumuş ağacları kəsməyə başlayıb. 
 
Turan İA xəbərinə görə, bu barədə Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndəsi Orxan Məmmədov bildirib.
 
Onun sözlərinə görə, Bakı şəhəri üzrə ümumilikdə 12 rayonda 5000-ə yaxın qurumuş ağac kəsiləcək. Artıq 1200 ağac kəsilib.
 
Məmmədov qeyd edib ki, güclü külək olduqda köhnə qurumuş ağaclar təhlükə mənbəyinə çevrilir, belə ki, insanların və avtomobillərin üzərinə düşür. Digər tərəfdən, bu ağaclar artıq kölgə və sərinlik yaratmır, deyə o əlavə edib.