Yasamalda yataqxana yanır

Bakında yataqxana yanğın hadisəsi baş verib.

milli.az-a daxil olan məlumata görə, hazırda Yasamal rayonunda yerləşən binada yanğın davam edir. 5 mərtəbəli yataqxananın 3-cü mərtəbəsində qəfil baş verən yanğının hansı səbəbdən olduğu hələ bilinmir.

FHN-in əməkdaşları artıq hadisə baş verən ərazidədirlər.

Qeyd edək ki, bu, həmin yataqxanada baş verən ilk yanğın hadisəsi deyil. Bir neçə ay əvvəl də həmin yataqxanada yanğın baş vermişdi.