Yasamal rayonu, Xiyabani küçəsi: birinci mərtəbəsi suya qərq olmuş qəzalı binadan reportaj

Yasamal rayonu, Xiyabani küçəsi: birinci mərtəbəsi suya qərq olmuş qəzalı binadan reportaj

Bura Yasamal rayonunun Xiyabani küçəsindəki 14A nömrəli binadır. Binanın sakinləri yaşadıqları binanın qəzalı vəziyyətindən şikayətçidirlər. Deyirlər ki, bir neçə ildir binanı təmir etdirə bilmirlər. Üstəlik, birinci mərtəbəyə tez-tez su dolur. Buna görə də mənzillər rütubətlidir, dəhlizlər isə üfunət iyi verir. Binanın başqa bir problemi də var - bura çəkilmiş elektrik naqillərinin üstü açıqdır. Sakinlərin sözlərinə görə, noyabrın 23 həmin naqillər binanın aşağı qatına yığışan suya toxunub və partlayış baş verib.

Facebook