YAP-dan REAL-ın partiyaya çevrilməsinə reaksiya

Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupu özünün 24 sentyabr toplantısında partiyanın I Təsis Qurultayının oktyabrın 29-da keçirilməsi qərarını verib. Yəni Azərbaycan siyasi mühitinə yeni “nəfəs” gələcək.

YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Modern.az saytına açıqlamasda REAL hərəkatının partiyaya çevrilməsinə münasibət bildirib.

“Azərbaycanda yeni siyasi partiyanın yaranması üçün hər hansı bir problem yoxdur. Qanunlar çərçivəsində insanlar təşkilat yaradır, təşkilatın formalarını seçir və fəaliyyət yolunu müəyyənləşdirə bilir.

Mətbuatdan əldə etdiyim qənaətə görə, REAL müxalifətyönümlü  təşkilatdır. Biz hakim partiya olduğumuza görə  ideologiyamız, fəaliyyətimiz, eyni zamanda məqsədlərimiz fərqlidir. Bu baxımdan onların  bizə dəvət göndərəcəyini düşünmürəm. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətində kifayət qədər  nüfuzu və çoxlu dostları var”.