YAP-çıları kim şantaj edir? – Nəsimi Məmmədli Çətin sual qarşısında - Video

YAP-çıları kim şantaj edir? – Nəsimi Məmmədli Çətin sual qarşısında - Video

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun intim görüntüləri sosial şəbəkələrdə yayılıb. Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev bildirib ki, R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq. Elməddin Quliyev həmçinin deyib ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmış hesabat konfransında artıq xitam verilib

Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşov isə yerli mediaya bildirib ki, haqqımda yayılan video şəxsimə qarşı edilən şantaj və qurmadır.

“Hesab edirəm ki, bu adamlar xaricdəki qüvvələr tərəfindən idarə edilir. Yoxsa onlar mənim harada çalışdığımı haradan bilir? Təbii ki, bu, sifarişlidir.”

Qeyd edək ki, bu ilk hal deyil ki, baş verir. Aprel ayında sosial şəbəkələrdə hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik hərəkətlərinin əks olunduğu videogörüntü yayılıb. Ötən ayın sonlarında isə prezidentin sabiq köməkçisi Əli Həsənov Tvitter hesabında paylaşım edərək gizli çəkilən fotosu ilə şantaj edildiyini bildirmişdi.

Bu görüntüləri kim yayır? YAP-çıları kim şantaj edir? Bu kimi videogörüntüləri yaymaqda məqsəd hakim partiyanı nüfuzdan salmaqdır, yoxsa baş verənlər partiya daxili qruplaşmaların mübarizəsinin nəticələridir?

Bütün bu suallara siyasi şərhçi Nəsimi Məmmədli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində  cavab verir.

Facebook