EURO : 1,8782 TRY : 0,2865 USD : 1,7 RUB : 0,0275
Yağışlı havada Bakıda baş verən ağır qəzalar - ANBAAN VİDEO

Yağışlı havada Bakıda baş verən ağır qəzalar - ANBAAN VİDEO

Yağışlı havada xüsusən magistral yollarda yol-nəqliyyat hadisələri tez-tez baş verir. Bunun əsas səbəbi isə yağışlı havada yerin sürüşkən olması və sürücülərin yüksək sürət və ara məsafəsini düzgün saxlamamasıdır. 

 

Rakurs.tv-nin Avtosfer.az-a istinadən təqdim etdiyi iki videoda baş verən qəzalar da yağışlı havanın vaxtına düşür. 

 

Birinci videoda hərəkətdə olan “Mercedes 190” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirib. Yerin sürüşkən olması avtomobilin ən sol zolaqdan sağa doğru getməsinə səbəb olub. Nəticədə, öz yolu ilə gedən “Chevrolet” markalı maşına dəyib. Qəza zamanı xəsarət olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

 

İkinci qəza isə günün qaranlıq vaxtında baş verib. Belə ki, hərəkətdə olan avtomobillərdən biri ara məsafəsini düzgün seçməyib. Nəticədə, sürüşərək öndəki maşına dəyib. Qəzadan sonra üçüncü avtomobil də onların biri ilə toqquşub. Arxadan yüksək sürətlə gələn avtomobil qəzadan son anda xilas ola bilib. 

 

Facebook