Yağış gözlənilir

Sentyabrın 12-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Şimal-şərq küləyi gözlənir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 18-22, gündüz 28-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacaq.
 
Azərbaycanın bəzi rayonlarında isə şimşək çaxacağı, yağış yağacağı bildirilir. Gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti təxmin edilir.