Xəzərdə zəlzələ olub

Bu gün Xəzər dənizində 3,2 bal gücündə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verilir ki, zəlzələ yerli vaxtla 12:16-da qeydə alınıb.

Ocağı 57 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.