XİN-in qadın məmurları hicaba büründü

Britaniya Xarici İşlər Nazirliyinin qadın əməkdaşları “azadlıq, hörmət və təhlükəsizlik” simvolu kimi hicab geyinərək müsəlman qadın obrazına giriblər. 
 
Moderator.az yazır ki, bu haqda  “The Daily Mail” nəşri xəbər yayıb. 
 
Aksiya gün ərzində keçirilib. “Hicabı öz üzərinizdə sınamaq və ya  müsəlman qadınların  niyə baş örtüyü bağladığını bilmək istərdinizmi? Tədbirimizə gəlin, bir günlük örtmək istəyən hər kəsə pulsuz yaylıqlar verilir“. Bunlar Xarici İşlər Nazirliyinin tədbirin anonsu üçün yaydığı çağırışlardır.
 
Bununla belə, akisya təşkilatçıları və iştirakçılarını tənqid edənlər  də tapılıb. Britaniya parlamentinin deputatı Endryu Bridjen tədbiri  “vergi ödəyicilərinin pullarının faydasız yerə dağıdılması” kimi dəyərləndirib.