Xarici İşlər Nazirliyindən Keşikçidağ ilə bağlı açıqlama yayıb

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva David Qareci - Keşikçidağ monastırı barədə Gürcüstan mediasında yayılan məlumatlara münasibət bildirib.
 
Bu monastr Gürcüstanda David Qareci, Azərbaycanda isə Keşikçıdağ adlanır.
 
Leyla Abdullayeva bildirib ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir. Həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür.
 
"Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası (dövlət sərhədinin müəyyənləşdirilməsi) beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur”, Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri bildirib.
 
Leyla Abdullayeva deyib ki, Azərbaycan həmişə Gürcüstanla sərhədin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Onun fikrincə, Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır.
 
Gürcüstan mediasının yazdığına görə, bu ölkənin prezidenti Salome Zurabişvilinin bu günlər David Qareci ( Kesikçıdag) monastirina səfəri zamani insident baş verib.
 
Bundan sonra Azərbaycan terəfindən monastırın onlara aid hissəsinə girisin baglandığı iddia edilir.
 
Ancaq Azərbaycan XİN-dən bu iddianı təsdiq etməyiblər.
 
Gürcüstan tərəfinin bildirməsinə görə, delimitasiya prosesi hələ davam edir. Sərhəddə yalnız kiçik bir hissənin razılaşdırılmadığı deyilir.
 
Həmin razılaşdırılmayan hissənin də kompleksdə Udabno monastırı olduğu bildirilir. SSRİ zamanında Udabno monastırı Azərbaycanın ərazisi olub.
 
Azərbaycan tarixçiləri bu tarixi kompleksin qədim Qafqaz Albaniyası mədəni irsi olduğunu və Azərbaycana aidliyini bildirirlər. Gürcüstan isə monastırı gürcü pravoslav irsinin nümunəsi olduğunu iddia edir.
 
Azadliq.org