Xanlar Vəliyev illik hesabat verib

Yanvarın 25-i Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2018-ci ilin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. 
 
Xəbəri AZƏRTAC yayıb.
 
Hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib ki, ötən il Silahlı Qüvvələrdə qeydə alınmış cinayətlərin 99,2 faizi açılıb: "2017-ci illə müqayisədə cinayətlər 12,6 faiz, hərbi xidmət əleyhinə cinayətlər 4 faiz, qeyri-hərbi cinayətlər 34,3 faiz, böyük ictimai təhlükə törətməyən cinayətlər 4,6 faiz, az ağır cinayətlər 2,8 faiz, xüsusilə ağır cinayətlər 48,6 faiz azalıb.
 
Azalma xəstəlik nəticəsində ölüm hallarında 40 faiz, düşmənin açdığı atəş nəticəsində ölüm hallarında 64,7 faiz, qeydə alınmış korrupsiya xarakterli cinayətlərdə 24,7 faiz, korrupsiya ilə əlaqədar dələduzluq cinayətlərində 43,6 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərində 15,5 faiz təşkil edib.
 
2017-ci illə müqayisədə törədilmiş qəsdən adamöldürmə cinayətləri 61,5 faiz, intihar hadisələri 23,1 faiz düşüb”.