Xameneyi: “Bizi vursanız, vurulacaqsınız”

Bizi vursanız, vurulacaqsınız.

Teleqraf.com xəbər verir ki, bu fikirləri İran islam Respublikasının dini lideri Seyid Əli Xameneyi bildirib.

İranın ali dini lideri bu gün 1 May zəhmətkeşlər bayramı günü ilə bağlı Tehranda qatıldığı tədbirdə çıxış edib.

Bazar günü Suriyada bir həbi bazaya endirilən zərbəyə işarə edən Xameneyi ABŞ və müttəfiqlərinə xəbərdarlıq edib: “Bizi vursanız, vurulacaqsınız”.

On minlərlə insana xitab edən Xameneyi deyib ki, ABŞ regionda qarşıdurma yaratmaq məqsədilə Səudiyyə Ərəbistanını qızışdırır: “Niyə sionistləri qızışdırmırlar? Çünki müsəlmanın müsəlmana qarşı savaşmasını istəyirlər”.