Xameneidən ABŞ-a SƏRT İTTİHAM: “ABŞ Yaxın Şərqdə…”

İranın ali dini lideri Əli Xamenei ABŞ-ı Yaxın Şərqdə böhranı gücləndirmək cəhdlərində ittiham edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, ABŞ-ın Səudiyyə Ərəbistanını İrana qarşı kökləməyə çalışdığını bildirib.

“Amerikalılar regionda Səudiyyə Ərəbistanı və bəzi başqa dövlətləri İrana provokasiya etməyə çalışırlar. Amma əgər onlarda müdriklik varsa, onda ABŞ-a aldanmamalıdır”, - Xamenei deyib.

O əlavə edib ki, Yaxın Şərqdə böhranın yaradılması Birləşmiş Ştatların hədəfidir.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, İran Yaxın Şərqdə stabilliyi pozur.