Xadimə şagirdin təpiyinin altında qaldı

Azərbaycanda məktəbdə dava edən şagirdləri ayırmaq istəyən işçi aldığı xəsarətdən ölüb

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb. "Report"a istinadən xəbər verilir ki, şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzərovaya davada iştirak edənlərdən birinin təpiyi (ayaq zərbəsi) dəyib.

O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsarətlər alan xadimə əməliyyat masasında ölüb. Faktla bağlı araşdırma aparılır.