Xuan Mata Mançester Yunayteddən getdi

Xuan Mata Mançester Yunayteddən getdi

İngiltərənin "Mançester Yunayted" klubunda növbəti ayrılıq gerçəkləşib.

Premyer Liqa təmsilcisi Xuan Mata ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.Xuan Mata "Mançester Yunayted"ə 2014-cü ilin yanvarında "Çelsi"dən transfer olunub. 34 yaşlı futbolçu başa çatan mövsümdə "qırmızı şeytanlar"ın heyətində 12 matçda meydana çıxıb.

Xatırladaq ki, "Mançester Yunayted" müqaviləsi başa çatan Pol Poqba ilə də yollarını ayırıb. 

Facebook