"Winter Bazar" xeyriyyə yarmarkasından - Fotolar

Dekabrın 1- 2-də "Landmark” hotelin “Rotunda” zalında "Winter Bazar" xeyriyyə yarmarkası təşkil olunub. Yarmarkada 60-dan çox yerli və xarici brend öz məhsulları, geyimlər, aksessuarlar, baş örtükləri, suvenirlər, kosmetika və ətriyyat, oyuncaqlar, master klaslar, gözəl əl işləri və maraqlı dizayn nümunələrini nümayiş etdirilərək satışı həyata keçirilib. Təşkil olunan xeyriyyə yarmarkasında sağlamlıq imkanları məhdud şəxslərin hazırladığı əl işləri də nümayiş olunub. 3 dekabr - Beynəlxalq Əlillər Günü ərəfəsində keçirilən yarmarkadan əldə olunan vəsaitin bir hissəsi də məhz fiziki məhdudiyyətli uşaqların ehtiyaclarının ödənilməsinə sərf olunacaqdır.