WhatsAppda yeni funksiya - Sorğu yaratmaq imkanı

WhatsAppda yeni funksiya - Sorğu yaratmaq imkanı

Android üçün “WhatsApp” messencerinin 2.22.23.12 beta versiyasında şəxsi çatlarda sorğular yaratmaq imkanı peyda olub.

Bundan əvvəl qrup söhbətlərində oxşar funksiya tətbiq olunub. İndi isə artıq şəxsi yazışmalarda da sorğular yaratmaq mümkündür.

Sorğunun interfeysi və funksionallığı qrup çatlarında olduğu kimi qalıb. İstifadəçilər 12 cavab variantını özündə birləşdirən sorğu yarada bilərlər.

Məlumata görə, qrup və şəxsi çatlarda sorğular şifrələnir. Odur ki, hətta tərtibatçılar belə bu və ya digər cavabı seçmiş istifadəçiləri müəyyənləşdirə bilməyəcəklər.

Hazırda yenilik beta test mərhələsindədir.

Facebook