WhatsAppda yeni funksiya: Artıq profil şəklinizi…

WhatsAppda yeni funksiya: Artıq profil şəklinizi…

“WhatsApp”da yeni funksiya istifadəyə verilib.
Yeni funksiya kontakt siyahınızda olan insanların da sizin profil fotonuzu görməməsinə imkan verir.
Bu funksiyanı aktivləşdirmək üçün aşağıdakıları ardıcıl işə salmaq lazımdır:
1. “WhatsApp”ın yuxarı sağ küncündəki üç nöqtəli işarəyə toxunun. Parametrləri bölməsini seçin.

2. Daha sonra ekranda “hesab” xanasını seçin.

3. “Məxfilik” xanasını seçin.

4. “Profil fotosu” xanasına toxunun.

5. “Bunlar istisna olmaqla, kontaktlarım” xanasına toxunun və profil fotonuzu görməsini istəmədiyiniz kontaktları bağlayın.
Yeni funksiya ilə siz artıq profil fotonuzun kimlərin görməsini öz istəyinizə uyğun tənzimləyə biləcəksiniz.

Facebook