BMT-nin Ali Komissarı İsrailin mühakimə olunması üçün çağırış edib
- 13.08.2022 10:31:15
- DÜNYA
“Washington Post” qəzetinin Qüdsdəki baş redaktoru Əl-Cəzirə telekanalına müsahibəsində bu telekanalının jurnalisti Şirin Əbu Əqlənin işğal olunmuş Fələstində qətlə yetirilməsi ilə bağlı araşdırma barədə məlumat verib.
Qəzetin baş redaktoru deyib:
"Onun necə öldürülməsi ilə bağlı araşdırmamız bu hadisə (cinayətlə) ilə bağlı ifadə verənlərin bütün dediklərini təsdiqləyir."
Washington Post redaktoru əlavə edib:
"Biz xüsusi araşdırmalar apardıq, onun necə öldürüldüyünü araşdırdıq, bütün hesabatları, şahidlərin ifadələrini təhlil etdik. Araşdırmamız bu hadisə zamanı guya bir fələstinlinin Şirin Əbu Əqləni vurmasını və İsraillə fələstinlilər arasında atışma olması ilə bağlı fərziyyəni təkzib edir."
O, həmçinin bildirib ki, bütün dəlillər işğalçı İsrail tərəfinin Əbu Əqilənin qətlia ilə bağlı açıqlamalarının həqiqətə uyğun olmadığını göstərir.