"Vətəndaşlıqdan məhrum edilməkdən qorxmuram"

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Ukrayna vətəndaşlığından məhrum edilməsindən qorxmur.

"Report"un məlumatına görə, bu barədə o, "Rustavi 2" teleşirkətinin efirində bildirib.

"Ukrayna vətəndaşlığından məhrum edilmə fantaziya sahələrinə aiddir, əgər onların (Ukrayna hökumətinin) buna gücləri çatsaydı, onda onlar yaxşı formada olardı. Onların siyasi resursu yoxdur və üstəlik, mən bundan qorxmuram", - deyə Saakaşvili bildirib.

Odessa vilayətinin keçmiş qubernatoru 2016-ci ilin noyabrında bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun onun Ukrayna vətəndaşlığından məhrum edilməsini tapşırıb.