Vəkillər Kollegiyasına yeni sədri seçildi

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib.

Modern.az-ın məlumatına görə, konfransda yüzdən çox vəkil və nümayəndə iştirak edib.

Konfransda kollegiyaya yeni sədrin seçilməsi məsələsi müzakirə olunub və səsvermə olub. Səsvermənin nəticələrinə görə, Vəkillər Kollegiyasının yeni sədri seçilib. Yeni sədr Vəkillər Kollegiyasının üzvü Anar Bağırov olub.

Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev bir müddət əvvəl vəzifəsindən istefa verib.

Konfransa qədər Vəkillər Kollegiyasının sədri vəzifəsini kollegiyanın sədr müavini Fərhad Nəcəfov müvəqqəti icra edib.