Vəkili Tale Bağırzadə ilə görüşdü

Vəkil Cavad Cavadov Qobustan həbsxanasında Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə ilə görüşüb.

Rakurs.tv xəbər verir ki, Cavad Cavadov bu barədə sosial şəbəkədəki hesabında yazıb.

"Qobustan həbsxanasında Taleh Bağırovla görüşdüm. Yaxşıdır, hamıya salamları var. Həbsdə olduğu müddətdə 300-dən çox kitab oxuyub. Hal-hazırda oxuduğu kitablar Daron Əcəmoğlu və Ceyms Robinsonun yazdıqları “Millətlər niyə çökür” (təkidlə oxumağımı tövsiyə elədi) və Jan J. Russonun “İctimai müqavilə” kitablarıdır. Xeyli disskusiya apardıq. Dedim ingilis dilini mükəmmələşdirsən Londonun "Chatham House" institutunda çıxış edə bilərsən", - deyə Cavad Cavadov yazıb.