Vәkil Tale Bağırzadә ilә görüşüb

Dekabrın 27-də vəkil Cavad Cavadov Qobustan həbsxanasında Tale Bağırzadә ilә görüşüb.
Rakurs.Tv-nin verdiyi məlumata əsasən, Cavad Cavadov bildirib ki, onun iştirakı ilə Tale Bağırzadəyə Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1 maddəsi ilə ittiham elan edilib.
"İttihama əsasən onun üzərindən 31 iyul 2017-ci il tarixdə yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. Keçirilmiş ekspertizalar həmin kartlarda Qurani Kərim, Quran təsviri və başqa məlumatların olmasını göstərib. Həmin kartlarlarda qadağan olunmuş hər hansı məlumatlar olmayıb. Taleh Bağırzadə özünü təqsirli bilməyib, ifadə verməkdən imtina edib. İfadəni məhkəmədə verəcəyini bildirib. Bu səbəbdən onun həmin ittihama olan münasibəti haqqında bundan artıq məlumat verə bilmirəm. Cinayət işinin istintaqı tamamlanıb və iş materialları ilə tanışlıq mərhələsidir".
Vəkil həmçinin Qobustan həbsxanasında Abbas Hüseynov və Mövsüm Səmədovla da görüşüb. Səhhətlərinin yaxşı olduğunu, hamıya salamlarının çatdırılmasını xahiş etdiklərini bildiriblər.