Vəkil Əsabəli Mustafayev AXCP fəalı ilə görüşüb

Rakurs.tv-nin verdiyi məlumata əsasən, Vəkil Əsabəli Mustafayev AXCP Sumqayıt şәhәr şöbәsi gәnclәr komitәsinin sәdri Ruslan Qarayevlə görüşüb.

Əsabəli Mustafayev: 20 günlük inzibati həbs cəzası çəkən Ruslan Qarayev ilə görüşmək üçün səhər Sumqayıt polis idarəsinə getdim. Əvvəlki dövrlərə nisbətən bu dəfə 102 və Ombudsman aparatına zəng etmədən görüş baş tutdu. Hərçənki 1,5 saat çöldə gözləməli oldum.

Həbsin motivi həmişəki kimi çox primitivdir: yaşadığı evin qarşısında olarkən ünvansız söyüş söymüş, bu zaman "təsadüfən" orada olan mülki geyimli polis əməkdaşlarının bu hərəkətləri dayandırmaq haqqında tələblərinə tabe olmamışdır. Bütün dostlara salamları var, oxumağa kitab istəyir.