Vəkil beynəlxalq axtarışa verilən şəxsin buraxılmasına nail oldu

Tanınmış vəkil Adəm Məmmədov beynəlxalq axtarışa verilən şəxsin həbs edilərək Azərbaycana ekstradisiya edilməsina nail olub.

Bu barədə Gununsesi.info-ya vəkil məlumat verib.

A.Məmmədovun sözlərinə görə, məhkəmə çəkişməsi 178 min 500 manatın sələmçiliklə ələ keçirilməsi barədə olub:

“Hüquqlarını müdafiə etdiyim Cəfərov Cəlal Ağapaşa oğlu özünü zərərçəkmiş şəxs qismində tanıdan və sələmçiliklə məşğul olan Səmədov Ruslan Eyvaz oğlunun dələduzluq yolu ilə 178 min 500 manatını ələ keçirməyə görə Cinayət Məcəlləsinin 178.3.2-ci (küllü miqdarda dələduzluq) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ölkə hüdudlarından kənarda olması səbəbindən barəsində beynəlxalq axtarış verilməklə, məhkəmənin qərarına əsasən həbs edilmişdi.

Bu səbəbdən də, hüquqlarını müdafiə etdiyim şəxs Rusiya Federasiyası Samara şəhəri Jeleznadorojnıy rayon məhkəməsinin qərarı ilə həbs olunmuşdu. Təqsirləndirilən şəxs ekstradisiya edilməsi üçün Rusiyada 6 ay həbsdə qalıb və Azərbaycana təhvil verilib. Zərərçəkmiş şəxslə hüquqlarını müdafiə etdiyim Cəfərov Cəlal arasında 4 saat davam edən üzləşmə istintaq hərəkəti zamanı Səmədov Ruslanı ifşa edərək sələmçi olduğunu tam aşkarladıq.

Hətta müəyyən olundu ki, zərərçəkmiş şəxs sələmə verdiyi pulunun ikiqat artığını geri alıb. Hüquqlarını müdafiə etdiyim şəxs məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirin uzadılmasından imtina edərək azadlığa buraxılıb və Nərimanov RP-nin istintaq şöbəsinin müstəntiqi Pərviz Məmmədov cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verib”.

Vəkil vətəndaşları sələmçilərə qarşı diqqətli olmağa çağırıb.