Vergilər Nazirliyi ödəyicilərə müraciət edib

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.
 
Nazirlik Novruz bayram ilə əlaqədar cari vergi öhdəliklərinin yerinə yetirilməsini, habelə müvafiq vergi bəyannamələrinin təqdim edilməsini mart ayının 20-dək həyata keçirməyi tövsiyə edib.
 
Tövsiyə 2018-ci il mart ayının 20-dən 26-dək qeyri-iş günləri olacağını nəzərə alaraq ayın son günlərində müraciətlərin artması səbəbindən iş proseslərinin ahəngdarlığının təmin olunması məqsədini daşıyır. 
 
APA