"Velotrek"də işləyənlərdən saqqallarını qırxmaq tələb olunur

20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən "Velotrek" Ticarət Mərkəzində işləyənlərdən saqqallarını qırxmaq tələb olunur.

Bu barədə Rakurs TV-ə ticarət mərkəzində işləyən, adının çəkilməsini istəməyən şəxs məlumat verib. Onun sözlərinə görə, saqqal qırxmaq tələbi təxminən 10 gündür edilir:

"Mərkəzin mühafizəçiləri bir-bir mağazalara girərək işçilərdən saqqallarını qırxmağı tələb edirlər. Saqqalını qırxmayan şəxslərin işlədiyi mağazaların bağlanacağını deyirlər. Biz evimizə çörəkpulu aparmaq üçün işləyirik, məcburiyyətdən üzlərin qırxanlar var. Amma bəziləri də "obyekt" sahiblərinə problem yaranmasın deyə işdən çıxıblar".

İşçilər bu tələbin səbəbini bilməsələr də, Ticarət Mərkəzinin direktoru Kamal adlı şəxsdən gəldiyini deyirlər.