Van Dammın həyat yoldaşı onun ölüm xəbərini təsdiq etdi

Van Dammın həyat yoldaşı onun ölüm xəbərini təsdiq etdi

Belçikanın “Serkl Brügge” klubunun qapıçısı Migel Van Damm ölüb.

5 ildir leykemiya ilə mübarizə aparan qolkiper 28 yaşında vəfat edib.

Onun ölümünü həyat yoldaşı da təsdiqləyib.

Ötən ilin mayında onların qızı dünyaya gəlib. Həyat yoldaşı son olaraq instagram səhifəsində onların balaca qızları ilə birlikdə əl-ələ tutduqları foto paylaşıb.

Migelin xəstəliyi 2016-cı ildə üzə çıxıb. 2019-cu ilin əvvəlində sağalan idmançı məşqləri bərpa edib. Lakin həmin ilin yayında xəstəlik yenidən özünü büruzə verib.

Facebook