ÜST: İntihar dünyada 15-29 yaşlı gənclər arasında əsas ölüm səbəblərindən biridir

Hər il intiharlar nəticəsində dünyada 800 mindən çox insan həlak olur.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ümumdünya İntiharlarının qarşısının alınması günü ərəfəsində nəşr olunan statistikasında deyilir.

"İntihar bütün dünyada 15-29 yaşlı gənclər arasında əsas ölüm səbəblərindən biridir. Bütün intiharların 78%-i aşağı və orta gəlirli ölkələrin payına düşür. İntiharlara əl atanlar çox vaxt həyatlarına pestisidlər, odlu silahlar və ya özünü asmaqla son qoyurlar. İntihar ictimai səhiyyənin ciddi problemidir. Lakin vaxtında, faktlara əsaslanan və heç də bahalı olmalı müdaxilələrlə intiharın qarşısını almaq olar", - ÜST hesab edir.