EURO : 1,8528 TRY : 0,2616 USD : 1,7 RUB : 0,0208
ÜST: `Dünya əhalisinin üçdə ikisi koronavirusa yoluxa bilər`

ÜST: `Dünya əhalisinin üçdə ikisi koronavirusa yoluxa bilər`

Dünya əhalisinin üçdə ikisi yeni COVID-19 koronavirusuna yoluxa bilər. Bu barədə Bloomberg Dünya Səhiyyə Təşkilatının məsləhətçisi, virusoloq Ayra Lonciniyə istinadən xəbər verib. Loncini  Çində virusun necə yayıldığını diqqətlə izləyir. 

 

Onun fikrincə, karantin xəstəliyin yayılmasını ləngidəcək, lakin Çin lazimi tədbirləri görməzdən əvvəl koronovirus digər ölkələrdə da yayıla bilər.

 

Həmçinin virusoloq onu da vurğulayıb ki, koronavirusu dərhal müəyyən edə biləcək testin olmadlğından xəstəliyin yayılmaısnı izləmək olduqca çətindir. Orta hesabla hər adam 2-3 nəfəri yoluxdurursa bu o deməkdir ki, dünya əhalisinin üçdə ikisi COVID-19-ın qurbanına çevrilə bilər. 

 

Qeyd edək ki, bundan əvvəl  Hong Kong Universitetinin Xalq Sağlamlığı Tibb kafedrasının professoru Qabriyel Lunq da oxşar bəyanatla çıxış edib.  

Facebook